Yaponiya ASEAN ölkələrinə neft alışı üçün 10 mlrd dollar ayıracaq
sizinxeber.az xəbər saytı

Yaponiya ASEAN ölkələrinə neft alışı üçün 10 mlrd dollar ayıracaq


Yaponiya hökuməti Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzv ölkələrinə neft alışı üçün 10 milyard dollar maliyyə dəstəyi ayırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Təşəbbüsün məqsədi bu ölkələrdən Yaponiyaya tibbi məhsulların fasiləsiz tədarükünü təmin etməkdir.

Məlumata görə, Yaponiyanın Baş naziri Sanae Takaiçi qərarı çərşənbə günü Yaponiyanın ASEAN ölkələri ilə üzv olduğu Asiya Sıfır Emissiya Birliyinin (AZEC) üzvləri ilə onlayn sammitində açıqlayacaq.

NHK vəsaitin Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) vasitəsilə ötürüləcəyini açıqlayıb. Təşəbbüsün əsas məqsədi Asiya ölkələrinin istehsal potensialını dəstəkləməkdir. Tokio ilk növbədə tibb sektorunda istifadə olunan plastik komponentlərin, xüsusən dializ prosedurları üçün istehlak materiallarının və tibbi əlcəklərin fasiləsiz təchizatını təmin etməyi hədəfləyir.

Bundan əlavə, telekanalın məlumatına görə, Yaponiya neft ehtiyatlarını saxlama sistemlərinin təşkili sahəsindəki təcrübəsini bölüşmək niyyətindədir. Yaponiya dəfələrlə vurğulayıb ki, təchizat mənbələrinin şaxələndirilməsi və İran ətrafında vəziyyətin gərginləşdiyi vaxtda 254 günlük istehlakı ödəmək üçün kifayət edən strateji ehtiyatların mövcudluğu sayəsində sabit neft tədarükünün azı ilin sonuna qədər qorunub saxlanılacağı gözlənilir.

Oxşar xəbərlər

ASEAN ölkələri ABŞ və İrandan Hörmüz boğazından təhlükəsiz keçidin bərpasını tələb ediblər
Yaponiya Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Yaponiya əmək haqlarının və subsidiyaların artırılmasına 141,2 milyard dollar xərcləyəcək
Yaponiya Çinin Afrikaya artan iqtisadi təsirinə qarşı yeni təşəbbüslə çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər