İranın sabiq vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və "Green card"dan məhrum edilib
ABŞ-də İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtikarın oğlu İsa Haşimi saxlanılıb və daimi rezident statusundan məhrum edilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Məlumata görə, Haşimi ilə birlikdə onun həyat yoldaşı və oğlu da saxlanılıb. Hazırda onlar deportasiya edilməyi gözləyirlər.
Dövlət Departamentindən bildirilib ki, hər üçü 2014-cü ildə ABŞ-yə gəlib, 2016-cı ildə isə "Green card" alıblar.
Daha əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə Birləşmiş Ştatlar tərəfindən öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin qardaşı qızını və qardaşı nəvəsini də saxlayıb, onların "Green card"larını ləğv edib.
Bundan başqa, İranın Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricaninin ölkəni tərk etmiş qızının, eləcə də onun həyat yoldaşının ABŞ-nin qanuni daimi rezident statusu ləğv olunub. Onların Birləşmiş Ştatlara girişinə qadağa qoyulub.
Oxşar xəbərlər
Bəşər Əsədin qohumu Beyrut hava limanında saxlanılıb
Tramp xüsusi nümayəndəsinin oğlunu Holokost muzeyinin şurasına təyin edib
Ermənistanda keçmiş polis polkovnikinin oğlu tapançadan atəş açdığına görə saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

