ABŞ ordusu Hörmüz boğazını bloklamağa hazırlaşır
sizinxeber.az xəbər saytı

ABŞ ordusu Hörmüz boğazını bloklamağa hazırlaşır


ABŞ ordusu Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Hörmüz boğazı, İran limanlarının blokadasını tətbiq etməyə hazırlaşır.

"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridadan qayıdarkən Merilenddəki Endryus aviabazasında jurnalistlərə açıqlayıb.

Tramp İslamabad danışıqların razılaşma ilə yekunlaşmadığı üçün İranla dialoqun olub-olmamasında fərq görmür. "Əgər iranlılar danışıqlara qayıtmasalar, mənim üçün hər şey qaydasındadır," - ABŞ Prezidenti bildirib.

Daha əvvəl də xəbər verdiyimiz kimi, İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi müzakirə olunub və ABŞ ilə müttəfiqlərinin bu su yolundan keçidinə qadağa nəzərdə tutulub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bəyan edib ki, hər hansı hərbi gəminin Hörmüz boğazına yaxınlaşması ABŞ-nin elan etdiyi iki həftəlik atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək.

Oxşar xəbərlər

SEPAH: Hörmüz boğazına hərbi gəmilər yaxınlaşsa, atəşkəs rejimi pozulacaq
WSJ: İran müharibəni dayandırmaq üçün ABŞ-yə ultimatum irəli sürüb
SEPAH Hörmüz boğazı ilə bağlı ABŞ-yə xəbərdarlıq edib
Tramp Hörmüz boğazında İranla birgə müəssisənin yaradılmasını təklif edib
Tramp Hörmüz boğazının blokadasını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər