"Vaianu" siklonundan sonra Yeni Zelandiyanın Şimal adasında bərpa işləri aparılır
"Vaianu" siklonundan sonra Yeni Zelandiyanın Şimal adasında bərpa işləri davam edir, təxliyə olunan sakinlər tədricən öz evlərinə qayıdırlar.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, kommunal və fövqəladə hallar xidmətləri yolları təmizləyir, aşmış ağacları yığışdırır və əraziləri mümkün torpaq sürüşmələrinə qarşı yoxlayırlar.
Bir sıra rayonlarda elektrik enerjisinin verilməsində fasilələr davam edir, bəzi yollar bağlı qalıb.
Uakatane meri vəzifəsini icra edən Culi Cuks "Radio New Zealand"a bildirib ki, bu, onun indiyədək gördüyü ən ağır hava şəraiti olub. Onun sözlərinə görə, əsas odur ki, heç kim xəsarət almayıb, zərər isə əmlakın, ağacların və enerji təchizatı obyektlərinin zədələnməsi ilə məhdudlaşıb.
Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson "Radio New Zealand"ın efirində qeyd edib ki, fövqəladə hallara reaksiya sistemi səmərəli işləyib, sakinlər təbii fəlakətə əvvəlcədən hazırlaşıblar, cavab tədbirləri isə əvvəlki fövqəladə hallarla müqayisədə daha yaxşı olub.
Milli meteorologiya xidməti "MetService"in məlumatına görə, bazar günü axşam saatlarında "Vaianu" siklonu Şimal adasından şərqə, okeana doğru yerini dəyişib. Bazar ertəsi səhərə qədər yalnız Şimal adasının cənub hissəsinin sahillərində böyük okean dalğaları ilə bağlı xəbərdarlıqlar qüvvədə qalıb.
Oxşar xəbərlər
Yeni Zelandiya sakinləri "Vaianu" siklonuna görə təxliyə olunur
Kristofer Lakson Trampın İranın infrastrukturuna zərbə endirmək hədələrini faydasız adlandırıb
Sançes Trampı qıcıqlandırmaq riski altında Çinə dördüncü dəfə səfər edib
Yeni Zelandiyada fövqəladə vəziyyət elan edilib
Filippin və Yeni Zelandiya sahillərində güclü zəlzələlər olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
