Vens: ABŞ və İran İslamabadda keçirilən danışıqlarda razılığa gələ bilməyib
Amerika tərəfi İslamabadda İran nümayəndə heyəti ilə görüşdə yekun razılığa gələ bilməyib.
"Sizinxeber.az"un məlumatına görə, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"İranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, biz razılığa nail ola bilmədik... Bizə onların nüvə silahı yaratmağa çalışmayacaqlarına və onlara tez bir zamanda nüvə silahı yaratmağa imkan verəcək vasitələri əldə etmək cəhdlərindən çəkinəcəklərinə dair qəti zəmanət lazımdır. Sual ondan ibarətdir: biz onların təkcə indi və ya iki ildən sonra deyil, uzunmüddətli perspektivdə nüvə silahı hazırlamamağa hazır olduqlarını görürükmü? Biz bunu görmədik və hələ də görməyə ümid edirik", - o bildirib.
Vens bildirib ki, Amerika tərəfi "ən son sülh təkliflərini" İran tərəfinə çatdırıb.
"Biz buradan çox sadə bir təklif qoyaraq ayrılırıq. Söhbət bizim yekun və [Tehran üçün] ən sərfəli təklifimiz olan anlaşma metodundan gedir", - o bəyan edib.
ABŞ-nin Vitse-prezidenti həmçinin qeyd edib ki, İran Birləşmiş Ştatların şərtlərini qəbul etməmək qərarına gəlib.
"Biz qırmızı xəttlərimizin haradan keçdiyini, onlara doğru hansı addımları atmağa hazır olduğumuzu və nələrə hazır olmadığımızı mümkün qədər aydın şəkildə ifadə etdik. Onlar isə bizim şərtlərimizi qəbul etməməyi seçdilər", - deyə Vens əlavə edib.
Xatırladaq ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Məsləhətləşmələrdə Vaşinqtonu Cey Di Vensin başçılıq etdiyi, tərkibinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də daxil olduğu nümayəndə heyəti təmsil edir. İran tərəfindən isə danışıqlarda parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və XİN rəhbəri Abbas Əraqçi iştirak edirlər. Görüşdə həmçinin Pakistan Quru Qoşunlarının qərargah rəisi Asim Munir də iştirak edir.
Oxşar xəbərlər
Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib
Vens bildirib ki, ABŞ nümayəndə heyəti İrana sonuncu sərfəli təklifi təqdim edib
Pezeşkian: İran müharibəyə və nüvə silahı yaratmağa can atmır
İrana çox şeylər təklif edə bilərik - Vens
NYT: İslamabadda İran və ABŞ arasında danışıqlar dostluq atmosferində keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
