London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
sizinxeber.az xəbər saytı

London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək


Böyük Britaniya gələn həftə ABŞ-nin iştirakı olmadan müttəfiqlərlə Hörmüz boğazı üzrə yeni danışıqlar raundunu keçirəcək.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi görüşün hazırlıqları ilə tanış olan Britaniya rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 41 ölkənin nümayəndələri ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs elan etməsindən sonra ilk dəfə toplaşacaqlar. Bununla belə, yeni raund 2 aprel görüşü ilə müqayisədə daha aşağı səviyyədə keçiriləcək.

Qeyd edilir ki, danışıqlardan əvvəl praktiki həll yollarının işlənib hazırlanması ilə məşğul olacaq çoxtərəfli işçi qrupları fəaliyyət göstərəcək. London sanksiyalar da daxil olmaqla, siyasi və iqtisadi tədbirləri, eləcə də Fars körfəzində bloklanmış gəmilərin sərbəst buraxılması üçün Beynəlxalq Dəniz Təşkilatı ilə qarşılıqlı əməkdaşlığı müzakirə etməyi nəzərdə tutur.

Böyük Britaniya, həmçinin qlobal neft və qaz tədarükünün təxminən 20%-nin keçdiyi Hörmüz boğazından keçid ödənişinin alınmasına qarşı çıxış edir. Müdafiə naziri Con Hili xəbərdarlıq edib ki, belə bir təcrübə təhlükəli beynəlxalq presedent yarada bilər.

Xatırladaq ki, Baş nazir Kir Starmer bu planları artıq Donald Trampla müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, ölkələr koalisiyası həm siyasi-diplomatik ssenari, həm də hərbi imkanlar və gəmilərin boğazdan müşayiət olunmasının logistikası məsələləri üzərində işləyir.

Oxşar xəbərlər

Britaniya Trampın İranla danışıqlar barədə bəyanatını alqışlayıb
KİV: Britaniya Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı 40 ölkənin hərbçiləri ilə görüş keçirəcək
Starmer və Tramp gəmilərin Hörmüz boğazından keçidini müzakirə ediblər
Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək
Tramp neft idxalçısı olan ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər