Starmer və Tramp gəmilərin Hörmüz boğazından keçidini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Starmer və Tramp gəmilərin Hörmüz boğazından keçidini müzakirə ediblər


Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla hərbi imkanları və gəmilərin Hörmüz boğazından keçməsini müzakirə edib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Starmer bunu Fars körfəzi ölkələrinə səfəri zamanı bəyan edib.

Onun sözlərinə görə, hazırda beynəlxalq koalisiyanın yaradılması istiqamətində iş aparılır.

"Biz ölkələr koalisiyasının yaradılması üzərində işləyirik... siyasi və diplomatik plan hazırlayır, həmçinin hərbi imkanları və gəmilərin boğazdan faktiki keçid logistikasını nəzərdən keçiririk", - baş nazir bildirib.

"Dünən gecə müzakirələrin mərkəzində məhz bu məsələ olub - mənim səsləndirdiyim yanaşmaların inkişaf etdirilməsi, həmçinin boğazdan təhlükəsiz naviqasiyanın təmin edilməsi üçün praktiki tədbirlərə diqqətin yönəldilməsi", - Starmer əlavə edib.

Bununla yanaşı, Britaniya Baş naziri danışıqların təfərrüatlarını açıqlamayıb.

ABŞ-nin NATO-dan çıxma ehtimalı barədə suala Starmer birbaşa cavab verməyib, alyansın həm ABŞ-nin, həm də Avropanın maraqlarına cavab verdiyini vurğulayıb.

"NATO onilliklər ərzində bizi əhəmiyyətli dərəcədə daha təhlükəsiz edən müdafiə ittifaqıdır", - o bəyan edib.

Oxşar xəbərlər

Starmer və Tramp Hörmüz boğazında gəmiçiliyin bərpasını müzakirə ediblər
Starmer və Tramp husilərə qarşı əməliyyatın vəziyyətini müzakirə ediblər
Starmer: Hörmüz boğazının açılması NATO çərçivəsində həyata keçirilməyəcək
Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər