Merts: Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür
Almaniya Pakistanda ABŞ ilə danışıqların uğurla keçirilməsinə kömək etmək üçün İranla birbaşa danışıqları bərpa edir.
"Sizinxeber.az" "Tagesspiegel" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.
"Münaqişənin başlanmasından ilk dəfə diplomatik nizamlanma üçün imkanlar pəncərəsi yaranıb, bununla yanaşı, regiondakı vəziyyət kövrək olaraq qalır. Almaniya nümayəndə heyəti İran tərəfi ilə təmaslar üçün Pakistana yola düşür. Lakin danışıqların diplomatik uğuruna qətiyyən zəmanət verilmir", - o deyib.
Qeyd olunub ki, Merts həm də Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparmaq niyyətindədir.
Kansler həmçinin Livandakı vəziyyətlə bağlı narahatlığını ifadə edərək, İsrailin hərəkətlərinin bütün sülh prosesini poza biləcəyini qeyd edib.
Oxşar xəbərlər
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək
Fridrix Merts: İran ətrafındakı münaqişəni hərbi yolla həll etmək olmaz
Merts: Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir
Almaniya kansleri: Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
