Bəhreyn BMT Təhlükəsizlik Şurasını öhdəliklərini yerinə yetirə bilməkdə günahlandırıb
sizinxeber.az xəbər saytı

Bəhreyn BMT Təhlükəsizlik Şurasını öhdəliklərini yerinə yetirə bilməkdə günahlandırıb


Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani bildirib ki, BMT Təhlükəsizlik Şurası öz öhdəliklərini yerinə yetirə bilməyib.

"Report" Yaxın Şərq KİV-nə istinadən xəbər verir ki, o, bunu Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və İordaniya adından birgə bəyanatı oxuyarkən bildirib.

"Ölkələr bu gün sizə təqdim edilən qətnamənin qəbul olunmamasından təəssüfləndiklərini bildirirlər. Şura qətiyyətli və təxirəsalınmaz tədbirlər tələb edən qanunsuz hərəkətlərə münasibətdə öz öhdəliklərini yerinə yetirə bilmədi. Biz ümid edirdik ki, qətnamə layihəsi beynəlxalq hüquqa əsasən heç bir ölkənin bağlamaq hüququ olmadığı beynəlxalq dəniz yolu kimi Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin edəcək uzunmüddətli həllə doğru bir addım olacaq", - Bəhreyn XİN rəhbəri bildirib.

Daha əvvəl məlumat verilmişdi ki, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazı ilə bağlı qətnaməsinə veto qoyub.

Oxşar xəbərlər

Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
Bədr əl-Busaidi: Oman Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üzərində işləyir
ABŞ BMT TŞ-nın Qəzzada atəşkəslə bağlı qətnaməsinə veto qoyub
Hörmüz boğazı ilə bağlı 22 ölkə qüvvələrini birləşdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər