İsrail ABŞ-nin Qüdsdəki Səfirliyinin inşası üçün torpaq sahəsi ayırıb
sizinxeber.az xəbər saytı

İsrail ABŞ-nin Qüdsdəki Səfirliyinin inşası üçün torpaq sahəsi ayırıb


İsrail hökuməti Qüdsdə ABŞ-nin Səfirlik binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasını təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Baş nazir Binyamin Netanyahu, xarici İşlər naziri Gideon Saar və tikinti naziri Haim Katzın birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, səfirliyin tikintisi ABŞ-nin Qüdsü İsrailin paytaxtı kimi tanımaq öhdəliyinin uzunmüddətli ifadəsi və ikitərəfli münasibətlərin gücünün təsdiqi olacaq.

İsrail rəhbərliyi həmçinin bu qərarın İsrail-ABŞ-ın İrana qarşı birgə əməliyyatı kontekstində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

"Bu, ölkələrimiz arasında müttəfiqliyin və strateji tərəfdaşlığın gücünün daha da təsdiqlənməsinə xidmət edir", - bəyanatda bildirilir.

Oxşar xəbərlər

Hikmət Hacıyev Qüdsdə İsrail xarici işlər naziri Gideon Saar ilə görüşüb
Netanyahu ABŞ-nin daxili təhlükəsizlik naziri ilə Qəzzada müharibənin aparılmasını müzakirə edib
Netanyahu: İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib
İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İsrail Netanyahu və Qalantın həbsi üçün BCM-nin orderlərinə etiraz edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər