Netanyahu: Tramp İranla maraqlarımıza uyğun razılaşma üçün imkanın olduğuna əminlik ifadə edib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Times of Israel" Netanyahunun bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Amerika lideri ona müharibənin başa çatdırılması ilə bağlı İranla onların (ABŞ və İsrailin – red.) maraqlarına uyğun olan yeni sövdələşmə bağlamaq imkanının yarandığını bildirib.
"Tramp hesab edir ki, İsrail Müdafiə Qüvvələrinin və ABŞ Silahlı Qüvvələrinin böyük nailiyyətlərindən istifadə edərək vacib maraqlarımızı qoruyacaq bir saziş bağlamaqla müharibənin məqsədlərinə nail olmaq şansı var", - deyə o qeyd edib.
Eyni zamanda, Netanyahu vurğulayır ki, İsrail dövlətin maraqlarını qoruyaraq İran və Livandakı hədəflərə zərbələr endirməyə davam edir.
"Biz raket və nüvə proqramlarını məhv edirik və 'Hizbullah'a güclü zərbələr endirməkdə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini zərərsizləşdirdik və biz hələ də nəbzi əlimizdə saxlayırıq", - deyə İsrailin Baş naziri vurğulayıb.
Oxşar xəbərlər
Netanyahu Trampı İsrailin ən böyük dostu adlandırıb
KİV: Tramp və Netanyahu bu gün telefon danışığı aparacaq
Tramp və Netanyahu telefon danışığı aparır
NBC: Trampla Netanyahu arasında münasibətlər İran və Qəzzaya görə pisləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
