Umerov Floridada Ukrayna-ABŞ danışıqlarını dəyərləndirib
sizinxeber.az xəbər saytı

Umerov Floridada Ukrayna-ABŞ danışıqlarını dəyərləndirib


Floridada keçirilən Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların son mərhələsi mövqelərin razılaşdırılmasında irəliləyişə nail olmağa imkan verdi.

"Report"un verdiyi məlumata görə, bunu danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsi ilə bağlı məsələləri, eləcə əsirlərin mübadiləsi və vətəndaşların geri qaytarılması da daxil olmaqla humanitar gündəliyi müzakirə ediblər.

Umerov qeyd edib ki, danışıqlar aparanlar mövqelərini uyğunlaşdırmaqda və həll olunmamış məsələlərin sayını azaltmaqda irəliləyiş əldə edə biliblər.

Oxşar xəbərlər

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə Umerov rəhbərlik edəcək
Bu gün Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda görüşü olacaq
Ərdoğan Ankarada Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparır
Ciddədə ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatıb - YENİLƏNİB
Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər