Fuad Muradov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Fuad Muradov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Cəfər Nəcəfli ilə görüşüb.

Komitədən "Report"a bildirilib ki, sədr Azərbaycanın diaspor təşkilatlarından, Azərbaycan Evlərindən, Koordinasiya Şuralarından və həftəsonu məktəblərindən bəhs edib.

O, diaspor sahəsində həyata keçirilən strateji təşəbbüslərdən, milli kimliyin qorunması və gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Görüş zamanı qeyd olunan mövzularda geniş fikir mübadiləsi aparılıb.

Cəfər Nəcəfli ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib, qazandığı bilik və təcrübənin faydalı olmasından məmnunluğunu ifadə edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədi daşıyır.

Oxşar xəbərlər

DMX rəisi dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Anar Bağırov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
DMX rəisi IV “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle