Ukrayna TBNM-də fəaliyyətini bərpa etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Ukrayna TBNM-də fəaliyyətini bərpa etmək niyyətindədir


Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) fəaliyyətini bərpa etmək niyyətindədir.

"APA-Economics" xəbər verir k, bunu Bakıda keçirilən "Xəzər dənizi vasitəsilə Orta Dəhliz" adlı ("Middle Corridor via the Caspian Sea”) forum zamanı "Ukrayna Dəmir Yolları" SC-nin sədri Aleksandr Pertsovski deyib.

"Mən bu nəqliyyat dəhlizinin inkişafı üçün TBNM-nin bütün iştirakçıları tərəfindən görülən işlərin əhəmiyyətini vurğulamaq istərdim. Şərqi Asiyadan Qərbi Avropaya alternativ marşrutun əhəmiyyətini qiymətləndirmək çətindir və onun boyunca daşımaların artması öz sözünü deyir", - Aleksandr Pertsovski qeyd edib.

Onun sözlərinə görə Ukrayna geosiyasi hadisələrə görə TBNM-dəki işini dayandırmağa məcbur olub.

“Bu gün biz layihədə işi bərpa etmək niyyətimizi elan etməkdən məmnunuq", - Aleksandr Pertsovski vurğulayıb.

O əlavə edib ki, Gürcüstanla bərə əlaqəsinin bərpası istiqamətində fəal iş aparılır ki, bu da TBNM marşrutunu Ukrayna üzərindən Avropa ölkələrinə çatdırmaqla yanaşı, həm də ölkələr arasında arasında əvvəlki iqtisadi əlaqələri canlandıracaq.

Oxşar xəbərlər

Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Qazaxıstan Azərbaycana vaqon dəstəyi göstərəcək
Bu il üçün TBNM üzrə yük daşımaları planı razılaşdırılıb - FOTO
Çexiya şirkəti: Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə böyük potensialı var
Qazaxıstan "Azərbaycan Dəmir Yolları"na vaqon dəstəyi göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle