“Park” nəşriyyatının təqdimatı olacaq
sizinxeber.az xəbər saytı

“Park” nəşriyyatının təqdimatı olacaq


Aprelin 12-i saat 16:00-da Nizami Kino Mərkəzində “Park” Müasir Nəşriyyat Evinin təqdimatı olacaq.

APA xəbər verir ki, tədbirdə “Park”ın ilk nəşrləri – Salam Sarvanın “Fikir oyunları”, Seymur Baycanın “Həyata yekun vurarkən” adlı ikicildliyi, Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” və Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” kitabları oxuculara təqdim ediləcək.

Təqdimat mərasimində müəlliflər oxucular üçün kitab imzalayacaqlar.

Qeyd edək ki, Salam Sarvanın müəllifi olduğu kitab şairin ilk nəsr əsəridir.

Seymur Baycanın ikicildliyində isə yazıçının öz seçdiyi publisistik yazıları cəmləşib.

Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” kitabı müqəddəs ziyarətin yazıçı müşahidələri ilə bədii inikasıdır. Bu, Azərbaycanda bədii-publisistik baxımdan həcclə bağlı ilk əsərdir.

Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” isə iki fərqli yaş qrupuna aid olan yazıçının birgə yazdığı hekayələr toplusudur.

Xatırladaq ki, “Park” nəşriyyatının təsisçisi şair Şəhriyar Del Gerani, direktoru yazıçı Vüqar Van, baş redaktoru isə yazıçı Nadir Yalçındır.

Oxşar xəbərlər

Yazıçı Vüqar Vanın yeni romanının təqdimatı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Gənclərin roman müsabiqəsi –2”nin mükafatlandırma mərasimi və “TEAS Press”in 10 illik hesabat tədbiri keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər