“Gənclərin roman müsabiqəsi –2”nin mükafatlandırma mərasimi və “TEAS Press”in 10 illik hesabat tədbiri keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

“Gənclərin roman müsabiqəsi –2”nin mükafatlandırma mərasimi və “TEAS Press”in 10 illik hesabat tədbiri keçirilib - FOTO


“Gənclərin roman müsabiqəsi –2”nin mükafatlandırma mərasimi və “TEAS Press” Nəşriyyat Evinin 10 illik hesabat tədbiri keçirilib.

APA xəbər verir ki, dekabrın 17-də “LİBRAFF”ın “Park Akademiya” filialında keçirilən tədbirdə ictimai xadimlər, ədəbiyyatşünaslar, şairlər, yazıçılar, media nümayəndələri və kitab bloggerləri iştirak ediblər.

Təşkilatçılar qeyd ediblər ki, “TEAS Press” Nəşriyyat Evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsilə oxuculara çatdırılmasından və ədəbi rəqabət mühitinin inkişafına təkan verərək, yeni imzaların üzə çıxmasına şərait yaratmaqdan ibarətdir.

Daha sonra “TEAS Press” Nəşriyyat Evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi – 2”nin mükafatlandırma mərasimi keçirilib. Gənc yazıçılar tərəfindən təqdim olunan əsərlər 4 ay ərzində peşəkar münsiflər heyəti tərəfindən oxunaraq qiymətləndirilib və əvvəlcədən elan edilmiş meyarlara uyğun gələn ilk üç roman qalib elan olunub.

Həmin əsərlər bunlardır:

I yer – Həsənli Orxan “Hürr”

II yer – Zahidov Vasif “Sonuncu istintaq”

III yer – Abbasov Mahir “Şərin qürubu”.

Qaliblər müsabiqənin şərtlərinə uyğun aşağıdakı qaydada mükafatlandırılıblar:

– I yerin sahibi – 3000 (üç min) AZN pul mükafatı

– II yerin sahibi – 2000 (iki min) AZN pul mükafatı

– III yerin sahibi – 1500 (min beş yüz) AZN pul mükafatı.

Bununla yanaşı, birinci yeri tutan əsərin ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən çapı və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı həyata keçiriləcək.

“TEAS Press˝ Nəşriyyat Evinin 10 illik hesabat təqdimatı da nümayiş etdirilib.

Tədbirdə çıxış edən qonaqlar “TEAS Press”in fəaliyyətini və bu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Oxşar xəbərlər

10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
1000-dən çox yazıçı İsrailin nəşriyyat sənayesini boykot edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqasının oyunları keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər