Kulis.az 14 yaşını qeyd edir
Bu gün "APA Group"a daxil olan Kulis.az mədəniyyət portalının yaranmasından 14 il ötür.
APA-nın məlumatına görə, portal 2011-ci il aprelin 4-dən internet istifadəçilərinin ixtiyarındadır.
Kulis.az Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir.
Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir.
Kulis.az müsabiqə də təşkil edir.
Kulis.az saytı yaradıcılıqla məşğul olan hər kəsin üzünə açıqdır.
Oxşar xəbərlər
Ulucay Akifin kitabı Təbrizdə çap olunub
“Xəzər” jurnalının nəşri Azərbaycan Dillər Universitetində davam etdiriləcək
Moskvada azərbaycanlı rəssamın kitabı təqdim edilib - FOTO
FHN-in elektron xidmətlər portalı yenilənib
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













