Ağdamda Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək
Ağdamda XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək.
"Report"un Qarabağ Bürosunun verdiyi məlumata görə, bu barədə “Qasım bəy Zakir və Qarabağ ədəbi - ictimai mühiti” mövzusunda elmi konfransda bildirilib.
Konfransda, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir irsinin tədqiqatçısı Raquf Kərimov, xalq şairi Sabir Rüstəmxanlı iştirak ediblər.
Ağdam Muğam Mərkəzində davam edən konfransda Qasım bəy Zakirin ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, onun yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən söz açıblar.
Qeyd olunub ki, Xındırıstan kəndində ədibin ev muzeyinin inşa edilməsi nəzərdə tutulub. Yaxın müddətdə muzeyin inşasına başlanılacaq.
Oxşar xəbərlər
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb - FOTO
Gəncədə "Nizami günləri" sentyabrın 15-dək davam edəcək
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
