Professor Nizaməddin Şəmsizadə dəfn edilib - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Professor Nizaməddin Şəmsizadə dəfn edilib - YENİLƏNİB-1


Professor Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Sizinxeber.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

11:08

Professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığı səbəbindən vəfat edib.

Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBIB-dən bildirilib.

"Həkimlərin bütün cəhdlərinə baxmayaraq, yanvarın 24-ü saat 02:55-də poliorqan çatışmazlığından şəxsin ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.

***

08:56

Professor Nizaməddin Şəmsizadə 70 yaşında vəfat edib.

Bu barədə Sizinxeber.az-ya onun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, mərhum alim bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sepsis diaqnozu qoyublar. Yanvarın 23-dən o, süni nəfəs aparatına qoşulub.

Xatırladaq ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubada anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib. 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvü olub. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991),professor (1992) seçilib. 1991-ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının (2003) laureatıdır. "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”(müştərək) kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 2019-cu ildə isə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Oxşar xəbərlər

Nizaməddin Şəmsizadə vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor Nizaməddin Şəmsizadə komaya düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlyas İsmayılov dəfn edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər