Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mayın 22-də Xankəndi şəhərində Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qəbul zamanı vətəndaşların Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 12 - 14 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Oxşar xəbərlər

Anar Əliyev Ağdaşda vətəndaşları qəbul edəcək
Anar Əliyev İsmayıllıda vətəndaşları qəbul edəcək
Anar Əliyev Ağstafada vətəndaşları qəbul edəcək
Nazir Anar Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək
Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər