İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində "Zangilan City Park Hotel"in təməlini qoyub.

"Report" xəbər verir ki, "PMD Group" MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.

Dövlətimizin başçısı yeni hotelin təməlini qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.

"Report" xəbər verir ki, dövlət başçısı sonra Zəngilan şəhərində "Zangilan City Park Hotel"in təməlini qoyub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub-YENİLƏNİB
Prezident İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edib - YENİLƏNİB
Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməli qoyulub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər