Mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin siyahısı təsdiqlənib
- 7-05-2025, 11:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 165
“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı” təsdiq edilib.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, eyni zamanda “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı” təsdiq edilib.
Həmçinin “Azərbaycan Respublikasında istehsal olunan, mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı” və "Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı” təsdiq edilib.
Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş siyahıların müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlili və Azərbaycan Respublikasında iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirilməsi tapşırılıb.
Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin SİYAHISI
|
Sıra №-si | Mədəni və yaradıcı sənaye (MYS) sahələri | İFNT üzrə kodu |
İqtisadi fəaliyyət növünün* adı |
| 1. |
Mədəni irs | 91020 | Muzeylərin fəaliyyəti |
| 91030 | Tarixi yerlərin və binaların mühafizəsi sahəsində fəaliyyət | ||
| 2. | Arxiv və kitabxanalar | 91010 | Kitabxana və arxivlərin fəaliyyəti |
| 3. | Kitablar, nəşriyyat və mətbuat | 18110 | Qəzetlərin çap edilməsi |
| 18121 | Digər poliqrafiya məhsullarının (qəzetlərdən əlavə) çap edilməsi | ||
| 18130 | Çap işlərinin hazırlanması | ||
| 18140 | Cildləmə və bəzək işləri | ||
| 47610 | İxtisaslaşdırılmış mağazalarda kitabların pərakəndə satışı | ||
| 47620 | İxtisaslaşdırılmış mağazalarda qəzetlərin və dəftərxana ləvazimatlarının pərakəndə satışı | ||
| 58110 | Kitab nəşri | ||
| 58130 | Qəzet nəşri | ||
| 58140 | Jurnal və dövri nəşrlərin dərc edilməsi | ||
| 63910 | Məlumat agentliklərinin fəaliyyəti | ||
| 74300 | Tərcümə üzrə xidmətlər (yazılı və şifahi) | ||
| 4. | Təsviri sənətlər | 74100 | İxtisaslaşdırılmış dizayn fəaliyyəti |
| 74200 | Fotoqrafiya sahəsində fəaliyyət | ||
| 90030 | İncəsənətin sair sahələri üzrə fəaliyyət | ||
| 5. | İfa sənətləri | 32200 | Musiqi alətlərinin istehsalı |
| 90010 | Səhnə sənəti | ||
| 90020 | Səhnə sənəti sahəsində yardımçı fəaliyyət | ||
| 90040 | Teatr və konsert zallarının fəaliyyəti | ||
| 6. | Audiovizual fəaliyyət və multimedia | 18201 | Səs yazılarının surətinin çıxarılması |
| 18202 | Videoyazıların surətinin çıxarılması | ||
| 18203 | Maşın daşıyıcılarının məlumatlarının surətinin çıxarılması | ||
| 47630 | İxtisaslaşdırılmış mağazalarda musiqi və video yazılarının pərakəndə satışı | ||
| 58210 | Kompüter oyunlarının nəşri | ||
| 59110 | Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyət |
2
|
|
| 59120 | Kinofilmlərin, video və televiziya proqramlarının hazırlanmasından sonra fəaliyyət (yığılması) |
| 59130 | Kinofilmlərin, video və televiziya proqramlarının yayımı ilə əlaqədar fəaliyyət | ||
| 59140 | Kinofilmlərin nümayişi ilə əlaqədar fəaliyyət | ||
| 59200 | Səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət | ||
| 60100 | Radioverilişlərin translyasiya edilməsi | ||
| 60200 | Televiziya proqramlarının tərtib edilməsi və televerilişlərin translyasiya edilməsi | ||
| 77220 | Videolentlərin və disklərin kirayəsi | ||
| 7. | Memarlıq | 71111 | Memarlıq sahəsində fəaliyyət |
| 8. | Reklam işi | 73110 | Reklam agentliklərinin fəaliyyəti |
| 9. | Əl işləri sənətkarlığı | 32120 | Zərgərlik məmulatlarının istehsalı |
| 10. | Mədəniyyət sahəsi üzrə təhsil | 85520 | Mədəniyyət sahəsində təhsil fəaliyyəti |
* Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növləri “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”na (AZT029-2008) uyğun olaraq verilmişdir.
Qeyd. Bu siyahıdan əsas fəaliyyəti mədəni və yaradıcı sənaye sahələrinə aid edilən hüquqi və fiziki şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi məqsədilə istifadə edili


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />