Azərbaycanlı rejissor Bişkekdə ustad dərsi keçib
- 23-04-2025, 19:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 239
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir.
"Sizinxeber.az" xəbər verir ki, aprelin 23-də Ç.Aytmatov adına Qırğızıstan Dövlət Milli Rus Dram Teatrında Azərbaycan Dövlət Pantomim Teatrının rejissoru, aktyor, pedaqoq Ceyhun Dadaşov tərəfindən ustad dərsi təşkil olunub.
Ustad dərsində Milli Rus Dram Teatrında fəaliyyət göstərən studiyanın və incəsənət məktəbinin tələbələri, eləcə də teatrın gənc aktyorları iştirak ediblər.
C.Dadaşov aktyor sənətinin spesifik xüsusiyyətləri barədə məlumat verib, ifaçılıq manerası ilə bağlı fikirlərini bölüşüb. İnteraktiv formatda keçən dərsdə gənclər səhnədə rejissorun aktyor oyunu ilə bağlı tapşırıqlarını əyani icra ediblər.
Pantomimanın ümumi teatr estetikasının tərkib hissəsi olduğunu vurğulayan rejissor onun daha çox hərəkətin dinamikasına əsaslandığını diqqətə çatdırıb.
Böyük maraqla qarşılanan ustad dərsinin sonunda Milli Rus Dram Teatrının rəhbərliyi tərəfindən rejissora xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Ceyhun Dadaşov 2000–2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr kollektivinin rejissoru ixtisası üzrə bakalavr və 2004–2006-cı illərdə isə Teatr rejissoru istiqaməti üzrə magistr pillələrini bitirib. 2003-cü ildən 2014-cü ilədək Azərbaycan Dövlət Pantomim Teatrında aktyor vəzifəsində işləyib, sonra həmin sənət ocağında rejissor kimi fəaliyyət göstərib. 2015-ci ildən ADMİU-da aktyor sənəti, səhnə hərəkəti, qılınc təlimi və səhnə döyüşü kimi fənləri tədris edir.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />