Qırğızıstanda “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" sərgisinin açılışı olub
Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" sərgisinin açılışı olub.
“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, nazir müavini Murad Hüseynov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Qulbara Kadırbekova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, eləcə də İran, Pakistan və Özbəkistanın Qırğızıstandakı səfirləri və digər qonaqlar iştirak ediblər.
Sərgidə “Ənənəvi sənətkarlıq sərgisi”, “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında”, “Xalça və qurama sərgisi” ayrı-ayrı stendlərdə qonaqlara nümayiş etdirilib.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və qırğızıstanlı həmkarı Qulbara Kadırbekova çıxış edərək mədəniyyət günlərinin əhəmiyyətindən danışıblar.
Onlar iki ölkənin mədəni əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.
Çıxışların ardınca stendlərə baxış keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qonaqlara sərgi barədə ətraflı məlumat veriblər.
Tədbirin yekununda “Zümrüd Mirzəliyeva” brendinin moda nümayişi olub.
Oxşar xəbərlər
Bişkekdə ənənəvi Azərbaycan əl işlərinin sərgisi keçiriləcək
Murad Hüseynov Aktauda "Türk dünyasının mədəniyyət paytaxtı-2025”in açılışında iştirak edib
Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb
Mədəniyyət naziri türk əməkdaşlıq təşkilatlarını II Türk Dünyası Mədəniyyət Forumunda fəal iştiraka çağırıb
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












