"Bir səfərin izi ilə - Böyük Britaniya" sənədli filminin təqdimatı keçirilib
Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərlərinə həsr olunmuş "Bir səfərin izi ilə - Böyük Britaniya" sənədli filminin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, layihənin rəhbəri, azərbaycanlı səyyah Azər Qərib təqdimat zamanı bildirib ki, tamaşaçıları Ümummilli Liderin səfər etdiyi Böyük Britaniyanın tarixi şəhərləri - London və Edinburqa aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir.
Filmdə eyni zamanda Heydər Əliyevin Azərbaycanla Böyük Britaniya arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində də tarixi faktlar təqdim olunur.
O xatırladıb ki, "Bir səfərin izi ilə" layihəsi çərçivəsində daha əvvəl Heydər Əliyevin İtaliya, Yaponiya və Çinə səfərlərindən bəhs olunan filmlər təqdim edilib.
Foto: Samirə Həsənova
Oxşar xəbərlər
Heydər Əliyevin Türk dünyası ölkələrinə səfərlərindən bəhs edən sənədli filmin təqdimatı olub
"Tağıyev" sənədli filminin təqdimatı olub - FOTO
KİV: Britaniyanın Baş naziri sülhməramlıların yerləşdirilməsinin müzakirəsi üçün Ukraynaya gedəcək
Çinin xarici işlər naziri fevralda Böyük Britaniyaya səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI

