Mədəniyyət naziri Romada Santa Çeçiliya Konservatoriyasında olub
- 19-12-2024, 11:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 499
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Romaya səfəri çərçivəsində dekabrın 18-də İtaliya paytaxtında fəaliyyət göstərən Santa Çeçiliya Konservatoriyasının rektoru Franco Antonio Mirenzi ilə görüşüb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, rektor rəhbərlik etdiyi təhsil ocağının tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, əsrlərlə yaşı olan konservatoriya müxtəlif adlar və statuslarla fəaliyyət göstərib. 1923-cü ildən indiki adını alan məktəb İtaliyanın ən nüfuzlu ali təhsil müəssisələrindəndir.
Adil Kərimli səmimi görüşə və konservatoriya haqqında ətraflı məlumata görə rektora təşəkkürünü bildirib.
Söhbət zamanı nazir ölkəmizin musiqi mədəniyyəti barədə söz açıb, bu sahədə aparıcı təhsil ocaqlarından danışıb. Bildirib ki, Azərbaycanda tarixən Avropa klassik musiqi məktəbinə böyük maraq olub. Görkəmli opera müğənniləri Şövkət Məmmədova və Bülbül XX əsrin əvvəllərində Milan Konservatoriyasında vokal dərsləri alıb, ölkəmizin musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr veriblər. Sonralar da istedadlı gənclərimiz Avropanın məşhur bədii təhsil ocaqlarında oxuyublar.
Qeyd olunub ki, köklü ənənələri olan Bakı Musiqi Akademiyasında, eləcə də Azərbaycan Milli Konservatoriyasında yerli tələbələrlə yanaşı, əcnəbi gənclər də musiqi biliklərinə yiyələnirlər. Avropa klassik bəstəkarlarının əsərləri tədris proqramlarında əksini tapır, teatr-konsert müəssisələrinin repertuarında yer alır.
Görüşdə Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə Santa Çeçiliya Konservatoriyası arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ölkəmizin nümayəndə heyəti Azərbaycan mədəniyyət elçiləri toplantısı məqsədilə İtaliya paytaxtına səfər edib.


width="220" alt="Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />