Praqadakı Azərbaycan Mədəniyyət Evində milli rəqs dərsləri başlayır
Praqada yerləşən Azərbaycan Mədəniyyət Evi Lenay Seidali-zadənin müəllifi olduğu “Rəqs Emalatxanası” layihəsi çərçivəsində 8 yaşdan yuxarı uşaqlar üçün Azərbaycan milli rəqslərinin tədrisinə başlayır.
Bu barədə "Sizinxeber.az"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın milli rəqs və musiqisinin ölkədən kənarda təbliği, qürbətdəki yeniyetmə və gənc nəsil soydaşlara ötürülməsi, mənəvi və fiziki tərbiyənin mühüm vasitəsi kimi tanıdılması dərslərin təşkilinin əsas məqsədidir.
Bununla yanaşı, Azərbaycandan uzaqda güclü rəqs qruplarının təşkili və istedadlı ifaçılarla, quruluşçuların aşkara çıxarılması da layihənin hədəflərindəndir.
Rəqslər Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli görkəmli xoreoqraf Roza Cəlilovanın tələbəsi olan, Bakıdan dəvət edilən peşəkar pedaqoqlar və xoreoqraflar tərəfindən öyrədiləcək.
Dərslər hər bazar saat 14:00-da bir saat olmaqla Azərbaycan Mədəniyyət Evində keçiriləcək.
Şagirdlərin qara rəngli köynək, rəqs şalvarı, corab və ya balet ayaqqabısı geyinməsi tələb olunur.
Qeydiyyat dekabrın 5-nə qədər davam edəcək. İlk dərs dekabrın 8-də keçiriləcək. İki ay davam edəcək tədrisin (8 dərs) ümumi qiyməti 1 200 krondur.
Oxşar xəbərlər
Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi keçiriləcək
Son illərin biabırçı trendi: Niyə qızlar oğlan, oğlanlar isə qız kimi RƏQS EDİRLƏR?
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olub
Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tiktoker “Roşka” yenidən həbs edildi
-
İsrafil Məmmədov: “Yaşıl enerji" və rəqəmsal infrastruktura investisiyalar planlaşdırılır” - MÜSAHİBƏ
-
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
-
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
-
ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"
-
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib