aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Tbilisidə Azərbaycan xalçalarının sərgisi açılıb
sizinxeber.az xəbər saytı

Tbilisidə Azərbaycan xalçalarının sərgisi açılıb


Gürcüstanın paytaxtı Tbilisi şəhərində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin Rəsm Qalereyasında Azərbaycan xalçalarının sərgisi açılıb.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, açılış mərasimində Azərbaycan və Qazaxıstanın Gürcüstandakı səfirliklərinin məsul əməkdaşları, Azərbaycan İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri və üzvləri, Türkiyədən gəlmiş qonaqlar, Tbilisinın Krtsanisi bələdiyyəsinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Gürcüstan Mədəniyyət Nazirliyi “Azad layihələr” adlı müsabiqə elan edib və muzey də bu müsabiqədə “Azərbaycan mədəniyyətinin təbliği” layihəsi ilə iştirak edib. Bu gün sərgidə layihə çərçivəsində ərsəyə gəlmiş, eləcə də qədim Qarabağ və Borçalı xalçaçılıq nümunələri nümayiş etdirilir. O, sərginin təşkilinə göstərdiyi dəstəyə görə, Azərbaycan səfirliyinə minnətdarlıq edib.

Sonra Azərbaycan səfirliyinin əməkdaşı Ramiz Hacızadı Azərbaycanın xalçaçılıq sənətinin inkişaf tarixindən danışıb.

Qeyd edib ki, sərgidə qədim Azərbaycan xalçalarının, xüsusən də Qarabağ və Şuşa xalçaçılıq nümunələrinin nümayiş etdirilməsi mədəniyyətimizin təbliğində mühüm rol oynayır. Sonra muzeydəki xalçaçılıq kursunun tələbələri tərəfindən toxumuş xalçanın kəsim mərasimi olub.

R.Hacızadə, L.Əliyeva, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, Qazaxıstan səfirinin müşaviri Zazira Mirzakassimova və başqaları xalça toxunma dəzgahında yeni xalçanın kəsimini həyata keçiriblər.

Daha sonra “Melitasi” gürcü rəqs ansambılının nümayəndələri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Azərbaycan musiqi sədaları altında davam edən sərgidə diqqəti çəkən əsərlərdən biri də 130 yaşı olan Şuşa xalçası olub. Ziyarətçilər bu qədim sənət əsərini maraqla seyr ediblər. Qeyd edək ki, sərgi üç gün davam edəcək.

Oxşar xəbərlər

Riqada Azərbaycan xalçalarının sərgisi açılır
Tbilisidə Vətən müharibəsinə həsr olunmuş "Komando" tamaşası nümayiş etdirilib
Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb
Gürcüstanda azərbaycanlı qadınların rəsm və əl işlərindən ibarət sərgi açılıb
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər