Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 30-da Ağcabədi şəhərində gerçəkləşib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, qəbuldan öncə nazir Adil Kərimli və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qeyd edək ki, qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlər diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Oxşar xəbərlər
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adil Kərimli Gədəbəydə müəssisələrlə bağlı tapşırıq və tövsiyələr verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












