Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTO
sizinxeber.az xəbər saytı

Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTO


Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” ansamblı ölkəmizdə daha bir musiqi layihəsi üzrə çəkilişlər aparır.

APA xəbər verir ki, ideya üzrə iki ölkənin incəsənət ustaları, beynəlxalq səviyyədə tanınmış saksofonçu və bəstəkar Balint Barsoninin (Balint Barsony) rəhbərliyi ilə yaradılmış musiqi ansamblı, Azərbaycanın tanınmış muğam ifaçıları - Xalq artisti Mənsum İbrahimov və Muğam Televiziya Müsabiqəsinin qalibi Kamilə Nəbiyeva arasında yaradıcı əməkdaşlıq həyata keçirilir. Əsas məqsəd türk-macar mədəni əlaqələrinin musiqi izlərini müasir və özünəməxsus musiqi dili vasitəsilə canlandırmaqdır.

Əməkdaşlıq çərçivəsində “Mehriban olaq” və “Sarı gəlin” kompozisiyaları üzrə videoçarxlar da çəkilmişdir. Çəkilişlər Azərbaycanın müxtəlif məkanlarında — Beynəlxalq Muğam Mərkəzi, Qız Qalası, Heydər Əliyev Mərkəzi, “Sea Breeze”, Beşbarmaq dağı və Xəzər dənizi sahilləri kimi ölkəmizin gözəl guşələrində lentə alınıb.

“Macar Rapsodiya Layihəsi” 2014-cü ildə Balint Barsoninin rəhbərliyi ilə yaradılıb. Səfər çərçivəsində kollektivin Beynəlxalq Muğam Mərkəzində konserti də keçirilib.

“Macar Rapsodiya Layihəsi” Almaniya, Slovakiya, Rumıniya, Türkiyə, Qazaxıstan, Çin və bir sıra digər ölkələrdə çıxışlar edib. Bu çıxışlar yalnız musiqi proqramı deyil, həm də mədəni dialoq və qohum xalqlar arasında əlaqələri gücləndirən yaradıcı platformadır.

Oxşar xəbərlər

IX “Muğam” Televiziya Müsabiqəsinin finalı Laçında keçiriləcək
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
Azərbaycanın muğam ansamblı Özbəkistanda mükafat qazanıb
Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib - FOTO
Heydər Əliyev Fondu Ramazan bayramında şəhid ailələri ilə birgə - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər