Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib

Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib

İyulun 6–16-sı tarixlərində Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilir. Sessiyanın gündəliyinə uyğun olaraq, 11 iyul tarixində Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan tərəfindən təqdim olunmuş “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.

Tarixi mənbələrə əsasən, eramızdan əvvəl IV əsrdən etibarən Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış, eramızın I əsrindən yazılı mənbələrdə adı çəkilən Qədim Qəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur. Təxminən 2500 illik tarixə malik bu şəhər uzun müddət regionun mühüm siyasi, iqtisadi və ticarət mərkəzlərindən biri olub.

Hər iki abidənin gələcəkdə UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi məqsədilə zəruri elmi və təşkilati işlər davam etdiriləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !