Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Naxçıvanda “Ərbabın iş yeri” tarixi binasının bərpası istiqamətində satınalmalar keçirilir

Naxçıvanda “Ərbabın iş yeri” tarixi binasının bərpası istiqamətində satınalmalar keçirilir

Naxçıvan Muxtar Respublikasında (MR) “Ərbabın iş yeri” tarixi binanın bərpası istiqamətində satınalmalar keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov jurnalistlərə açıqlamasında deyib.

H.Seyidov bu işlərin Prezident İlham Əliyevin 2024-cü il fevralın 21-də imzaladığı “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam əsasında həyata keçirildiyini qeyd edib:

"Həmin Sərəncamın icrası üzrə Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi” təsdiq edilib. Qoruğun ərazisi 240,06, mühafizə zonası 11,81 hektar olmaqla ümumilikdə 251,87 hektar ərazini əhatə edir. Qoruq ərazisində biri dünya, biri ölkə, 218-i isə yerli əhəmiyyətli olmaqla ümumilikdə 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur".

O əlavə edib ki, qoruğun ərazisində tarix-mədəniyyət abidələrinin bərpa-konservasiyası istiqamətində işlər aparılır:

"Qoruğun inzibati binası üçün nəzərədə tutulan “Ərbabın iş yeri” tarixi binasının və Sərşəhər meydanında yerləşən Sərşəhər Məscidinin bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. Həmçinin Mədrəsə binasının bərpası ilə bağlı layihələndirmə işləri və “Ərbabın iş yeri” tarixi binanın bərpası istiqamətində satınalmalar keçirilir".

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !