Heydər Əliyev Mərkəzində braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisi açılıb
- 17-05-2025, 10:00
- Mədəniyyət / İncəsənət
- 0
- 1 493
Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisinin açılışı olub.
"Report" xəbər verir ki, “Əbədiyyətin ifadəsi” sərgisində müəllifin rəngkarlıq, heykəltaraşlıq sahəsində əsərləri təqdim edilir. Braziliyalı rəssamın məhz Azərbaycanda ilk dəfə nümayiş olunan əsərləri də yer alıb.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Luiz de Souzanın əsərləri dünyanın müxtəlif sərgilərində nümayiş olunur. Bakıda isə məhz Heydər Əliyev Mərkəzindəki sərgi üçün təqdim olunan bir sıra yeni əsərlər nümayiş etdirilir.
Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Heydər Əliyev Mərkəzində irəli sürülən bu təşəbbüsə görə minnətdarlığını bildirib. "Biz Luiz de Souzanın yaradıcılıq fəaliyyətinə baxsaq görərik ki, nə dərəcədə peşəkarcasına çalarları, müxtəlif fiqurları, perspektivləri və digər vasitələri bir araya gətirir", - deyə vurğulayıb.
Braziliyalı rəssam Luiz De Souza özünəməxsus gözəlliyi, zəngin tarixi olan Azərbaycanın incəsənətə nə dərəcədə böyük dəyər verdiyinin şahidi olduğunu bildirib. O, ərsəyə gətirdiyi əsərləri barədə danışıb: "Həyatımda mənə ən böyük təsir göstərən məsələ zamandır. Zamanla yaratdığım əsərlər heç də mənə asan gəlməyib. Bəzi hallarda əsərləri yaradanda çox sürətlə edirəm, digər tərəfdən o qədər də ləng. Bəzi hallarda isə özüm-özümlə mübarizəyə çıxıram. Həmçinin bu gün Heydər Əliyev Mərkəzində doğum günümdə sərginin açılışının olması mənə hədsiz bir sevinc gətirdi", - deyə vurğulayıb.
Ekspozisiyadakı sənət nümunələrinin leytmotivi Luiz de Souzanın zamanla münasibətindən qaynaqlanır. Müəllif hesab edir ki, rəsm çəkərkən zaman fərqli şəkildə keçir və bu halda zaman riyazi hesabla deyil, xüsusi ölçü ilə davam edir.
Luiz de Souza əmindir ki, bu gün istənilən işin tez bir zamanda tamamlanmasına olan təlaş qədim texnikaların tətbiqinə tələb olunan müddətlə uyğun gəlmir. Halbuki, məhz daha uzun zaman tələb edən rəngkarlıq və heykəltaraşlıq üsulları əsərlərə orijinallıq və dəyər qazandırır.
Zaman mövzusu Luis de Souzanın ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən “Gerisayım” adlı tablosunun da əsas mövzusunu təşkil edir. Rəssamın fon kimi istifadə etdiyi dünyada moped sürən şəxs saat əqrəbinin əksinə hərəkət edir. Sanki zamanı geri qaytararaq keçdiyi yolu yenidən gedirmiş kimi. Bu əsər gerisayımı simvolizə edərək insanın Yer kürəsinə təsirini vurğulayır. Rəssam bununla bəşəriyyətin fəaliyyətinin yeni bir kütləvi məhv prosesinin başlanmasını sürətləndirdiyini vurğulayır.
Luiz de Souzanın yeni əsərləri sırasında geriyə qayıtmaq və keçmişi fərqli şəkildə yaşamaq ideyasını əks etdirən “Zaman səyahətçiləri”, zamanın bizim cəmiyyətimizlə müqayisədə nə qədər böyük olduğunu simvolizə edən “Zamanda qərq olan” adlı tabloları da yer alıb.
Luiz de Souzanın istedadı və sənətə marağı üç yaşında ikən rəsm çəkməyə və heykəltəraşlıqla məşğul olmağa başladığı vaxt ortaya çıxıb.
Əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilən və şəxsi kolleksiyalarda saxlanılan braziliyalı rəssamın əl işlərində Yan Vermeerin rəng və işıqdan zərif istifadə üsulunu, Salvador Dalinin sürrealizmini və Mikelancelo Karavacconun dramatik işıq və kölgə kontrastının təsirlərini tapmaq olar.
“Əbədiyyətin ifadəsi” sərgisi ilə Heydər Əliyev Mərkəzində 2026-cı il aprelin 1-dək tanış olmaq mümkündür.


width="220" alt="Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq - VİDEO" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />