sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Oskar” mükafatının növbəti təqdimetmə mərasimi 15 mart 2026-cı ildə keçiriləcək
“Oskar” kino mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də baş tutacaq.
APA xəbər verir ki, bu barədə 21 aprel tarixində Kino Sənətləri və Elmləri Akademiyasının mətbuat xidməti məlumat yayıb.
““Oskar” mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də, bazar günü, ABŞ-ın şərq vaxtı ilə saat 19:00-da canlı olaraq ABC kanalında yayımlanacaq”, - deyə məlumatda qeyd olunub.
Bundan əlavə, Kino Akademiyası vurğulayıb ki, filmlərin çəkilməsində süni intellektin istifadəsi namizədlik şanslarına təsir etməyəcək. Lakin qiymətləndirmə zamanı yaradıcı müəlliflik dərəcəsi nəzərə alınacaq.
Oxşar xəbərlər
"Oskar" mükafatının qalibləri məlum olub - FOTO
"Oskar" mükafatının qalibləri məlum olub
Bu il "Oskar" mükafatının təqdimatı təxirə salına bilər
"V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib
"Oskar" mükafatına yeni kateqoriya əlavə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













