“Bizi birləşdirən su” fotosərgisinin açılış mərasimi olub
Bu gün burada “FantazEU” festivalının açılış tədbiri olan bu fotosərgidə sizinlə bir yerdə olmaqdan böyük məmnunluq duyuram.
APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə birgə keçirilən beşinci “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Bizi birləşdirən su” fotosərgisinin açılış mərasimində deyib:
“Bu festival Avropa İttifaqına üzv dövlətlər və Azərbaycan sənətçilərinin, insanlarının bir-birini tanımağı üçün gözəl bir vasitədir. Çünki bu bizim tərəfdaşlığımızı gücləndirməyə kömək edən mədəniyyət hadisəsidir”.
O bildirib ki, bu gün keçirilən sərgidə COP29 ərəfəsində suyun oynadığı rol və onun qorunmasına olan ehtiyac bir daha vurğulanır.
“Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Macarıstan, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, Slovakiya və İsveç səfirliklərinə çay və şəlalələr kimi təbiətdə suyun füsunkarlığını özündə ehtiva edən şəkilləri, eləcə də Avropa şəhərlərini gözəlləşdirən heyrətamiz fəvvarələrin fotolarını təqdim etdiklərinə görə minnətdarlığımızı bildirmək istəyirəm”, - səfir sonda vurğulayıb.
Oxşar xəbərlər
Avropa İttifaqı Nümayəndəliyi “Bizi birləşdirən su” adlı fotosərgi keçirir
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirəm
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirik
Yalçın Rəfiyev Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













