Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 22-06-2025, 21:30
- Mədəniyyət / İncəsənət
- 0
- 6 469
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Bu barədə "Sizinxeber.az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 22-də muğamın beşiyi olan azad Qarabağda - Ağdamdakı Muğam Mərkəzində festivalın bağlanış mərasimi olub.
Tədbirdə rəsmilər, tanınmış elm və mədəniyyət xadimləri, festivalın xarici qonaqları iştirak ediblər. Mərasim Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında milli rəqsimizin nümayişi ilə başlayıb. Daha sonra festival çərçivəsində keçirilmiş tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov ənənəvi festivalın gerçəkləşməsində Heydər Əliyev Fondunun mühüm rolu olduğunu vurğulayıb. O, 17-22 iyun tarixlərini əhatə edən muğam bayramının müxtəlif maraqlı tədbirlərlə yaddaşlara yazıldığını bildirib.
Özbəkistanın və Tacikistanın Xalq artisti, muğam müsabiqəsində münsiflər heyətinin sədri Munojat Yolçiyeva çıxışında muğamın çoxsaylı xalqları birləşdirən bir dəyər olduğunu söyləyib. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə festivalın bağlanış mərasiminin Qarabağımızda, işğaldan azad edildikdən sonra sürətlə qurulan, dirçəldilən muğam-sənət beşiyi Ağdamda keçirilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki, builki müsabiqə daha bir neçə istedadlı gənc muğam ifaçısını üzə çıxarıb.
Sonra festival çərçivəsində təşkil olunmuş beynəlxalq muğam ifaçıları müsabiqəsinin laureatları mükafatlandırılıb. Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı Çindən Sincan Uyğur musiqi qrupuna təqdim olunub.
Özbəkistan təmsilçiləri Alibek Saparboyev və Dilnoza Akbarova (III yer), Azərbaycan təmsilçiləri Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnama (II yer), Özbəkistandan Farangiz Mahmudova (I yer) və müsabiqənin Qran-prisini qazanan Azərbaycan təmsilçisi Məftun Səfərliyə mükafatlar təqdim olunub.
Tədbir müsabiqə laureatları və digər xanəndələrin ifasında maraqlı konsert proqramı ilə başa çatıb. Beləliklə, "Muğam aləmi" festivalı bu dəfə də onlarla ölkədən ifaçıları mədəniyyətlər beşiyi Azərbaycanda bir araya gətirdi və yarısı arxada qalan 2025-ci ilin unudulmaz sənət hadisəsinə çevrilib.


width="220" alt="“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır" />
width="220" alt="Azərbaycanın muğam ansamblı Özbəkistanda mükafat qazanıb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />