Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Dələduzluqda təqsirləndirilən müğənni Rəqsanə İsmayılovanın həbsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib.
Sizinxeber.Az APA-ya istinadən xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb.
Şikayətə avqustun 21-də hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Müğənni Rəqsanə 520 min dollarlıq dələduzluqda ittiham olunaraq həbs edilib
Müğənni Rəqsanə İsmayılova həbs edilib
Vəkili Rəqsanə ilə görüşdü: "Səhhətində narahatlıq var"
Bir milyon manatdan çox dələduzluqla əlaqədar məhkəmədə bəraət alan şəxslə bağlı protest verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO
-
Vəfat etmiş şəxsin pensiya kapitalı vərəsələrinə veriləcək? - AÇIQLAMA
-
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO












