Elnur Soltanov: COP29 üzrə nazirlərin görüşü Çindən sonra Şamaxıda öz işini davam etdirəcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə növbəti nazirlər görüşü Çindən sonra öz işini Şamaxı şəhərində davam etdirəcək.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu COP29-un icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forum çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda olan təqdimatında deyib.
“Bu görüş çox vacibdir. O, Çindən sonra Şamaxıda öz işini davam etdirəcək. Sentyabrda görüş, daha sonra hazırlıq komitəsinin iclası planlaşdırılır. COP29 çərçivəsində danışıqlar uğurla davam edir və biz bu sürətlənmiş tempi qoruyub saxlamağa ümid edirik”, - o bildirib.
E.Soltanovun sözlərinə görə, COP29-un gündəmindəki əsas məsələlər iqlimin maliyyələşdirilməsi, Paris sazişinin 6-cı Maddəsi, İtki və Zərər fondu, keçid proqramları, qlobal uyğunlaşma və yeni iqlim maliyyəsi modeli olacaq:
“Bu gün əlimizdə olanlar kifayət deyil. Vəsait kifayət deyil, kollektiv səy tələb olunur. Biz istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmalıyıq. Hazırda biz gündəlik 97 milyon barel neft istehlak edirik, 2050-ci ilə qədər bu göstəricini 25-30 milyon barelə endirmək lazımdır. Qaz istehlakı 2050-ci ilə qədər indiki 4 trilyon kubmetrdən 1 trilyon kubmetrə endirilməlidir. Kömür istehlakı – 8 milyard tondan 1 milyard tona qədər azalmalıdır”.
Oxşar xəbərlər
COP29: İqlim danışıqları üzrə marafonu noyabrda uğurla başa çatdırmaq niyyətindəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: Neft-qaz istehsalçılarını tənqid edənlər onu almaqdan könüllü imtina edə bilərlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: COP29-un gündəliyinə 14 məsələ daxil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Kanada COP29 çərçivəsində Azərbaycanla əməkdaşlığa ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












