Elnur Soltanov: Neft-qaz istehsalçılarını tənqid edənlər onu almaqdan könüllü imtina edə bilərlər
Neft-qaz istehsal və istehlak edən ölkələr arasında ətraf mühitin çirklənməsi, iqlim dəyişiklikləri mövzusunda ayrı-seçkilik etmək düzgün deyil.
"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata əsasən, bunu Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forum çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda olan təqdimatında deyib.
O qeyd edib ki, Azərbaycan bu mənada tənqidi qəbul etmir: "Azərbaycan dünyanın enerji daşıyıcılarının 0,5 faizini istehsal edir, amma biz enerji təhlükəsizliyinə töhfə veririk. Kim istəmirsə, neft və qaz alışından könüllü imtina edə bilər. Amma nəzərə almaq lazımdır ki, müasir sivilizasiyanın uğurları təbii sərvətlərin hesabına olub".
E.Soltanov bildirib ki, tənqid əvəzinə ümumi bir həll tapılmalıdır.
"Afrika ölkələrinin atmosferin çirklənməsində payı cəmi 4 faizdir, amma iqlim dəyişikliyindən ən çox əziyyət çəkən bu qitənin ölkələridir", - o vurğulayıb.
Oxşar xəbərlər
Bu gün II Qlobal Media Forumuna yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: COP29-un nəticələri yekun sənəddə əks olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın COP29-da qaldıracağı əsas məsələlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şöbə müdiri: "Gələn ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi mühüm yenilikdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müşaviri: "Gələn il Azərbaycan "yaşıl inkişaf"ı seçdiyini bir daha bəyan edəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












