Karina Rolli:  "Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə yerli bitkilərin təşviqi vacibdir" - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Karina Rolli: "Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə yerli bitkilərin təşviqi vacibdir" - EKSKLÜZİV


Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə torpaq sağlamlığının qorunması və yerli bitkilərin təşviqi mühüm əhəmiyyət daşıyır.

Bunu "Sizinxeber.az"a açıqlamasında dünyanın müxtəlif ölkələrində insanların rifahı üçün layihələr həyata keçirən Almaniyanın ADRA təşkilatının xüsusi nümayəndəsi Karina Rolli deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində insanların rifahı üçün layihələr həyata keçirən ADRA hazırda 21 ölkədə 38 layihə reallaşdırır.

“ADRA əsasən torpaq sağlamlığının bərpası, iqlimə davamlı kənd təsərrüfatı təşəbbüsləri və qida təhlükəsizliyinin təmin edilməsi sahələrində fəaliyyət göstərir. Bununla yanaşı, dayanıqlı inkişafı təşviq edərək yerli icmaların iqlim dəyişikliklərinə uyğunlaşma qabiliyyətini artırmağa yönəlmiş proqramlar həyata keçirir. Azərbaycanda da iqlim dəyişikliyi ilə mübarizə üçün bu cür layihələrə ciddi ehtiyac var”, - deyə K. Rolli qeyd edib.

O vurğulayıb ki, sağlam torpaqlar təkcə kənd təsərrüfatı məhsuldarlığını artırmaqla kifayətlənmir, həm də iqlim dəyişikliklərinin təsirini azaltmaqda mühüm rol oynayan karbon anbarı funksiyasını yerinə yetirir:

“Bundan əlavə, unudulmuş qidalar - xüsusilə iqlimə davamlı olan yerli bitkilər - ərzaq sistemlərinin şaxələndirilməsi, qida və qidalanma təhlükəsizliyinin artırılması, eləcə də həssas icmalarda dayanıqlığın gücləndirilməsi üçün böyük potensiala malikdir”.

K. Rolli əlavə edib ki, torpaq sağlamlığının bərpası və unudulmuş bitkilərin təşviqi iqlim dəyişikliyinə qarşı mübarizə və uyğunlaşma proseslərinə əhəmiyyətli töhfə verə bilər.

“Xüsusilə iqlim dəyişikliyindən ən çox təsirlənən bölgələrdə bu cür təşəbbüslərin həyata keçirilməsi, davamlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, dayanıqlı ərzaq sistemlərinin qurulması və torpaqla bitki müxtəlifliyinin iqlim strategiyalarına inteqrasiyası çox vacib addımlardır”, - deyə o bildirib.

Oxşar xəbərlər

Nazir: "COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq"
Nazir müavini: İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir
Böyük Britaniyanın keçmiş baş naziri iqlim dəyişikliyi ilə birgə mübarizəyə çağırıb
Məcnun Məmmədov: "İqlim dəyişikliyinə dair çağırışlar bizim üçün fürsətdir"
CGİAR rəsmisi: “İqlim dəyişikliyi ilə mübarizədə əsaslı sərmayələrə ehtiyac var”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər