Bakının şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikiləcək
sizinxeber.az xəbər saytı

Bakının şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikiləcək


"Təmiz Şəhər" ASC-nin növbəti hədəfi Bakıda zibilxanalara göndərilən məişət tullantılarının həcmini azaltmaq, paytaxtın şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikməkdir.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində - tədbirin Yaşıl Zonasının açılışında bildirib.

Onun sözlərinə görə, tullantıların idarə edilməsində düzgün logistikanı təmin etmək vacibdir.

Sədr müavini həmçinin vurğulayıb ki, tullantıların toplanması və daşınması ilə bağlı Bakının Xəzər rayonunun Qala qəsəbəsində pilot layihə həyata keçirilib: "Layihə çərçivəsində tullantıların mənbəyində ayrılması təmin edilir, tullantılar təkrar emal edilə bilən konteynerə yerləşdirilir. Daha sonra tullantıları çeşidləmə müəssisəsinə aparırıq, burada təkrar emal edilə bilən tullantılar ayrılır və elektrik enerjisi istehsalı üçün tullantı idarəetmə müəssisəsinə göndərilir".

Oxşar xəbərlər

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı strateji sənəd hazırlanır
Tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlanır
Prezident İlham Əliyevdən Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı SƏRƏNCAM
COP29 Könüllüləri “Təkrar emal fəalları” adlı təmizlik aksiyası keçiriblər - FOTO
COP29-da qida tullantıları yenidən emal olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər