Fəallar COP29-da iqlim ədaləti tələb ediblər
Kənd təsərrüfatı istehsalının transformasiyası olmadan iqlim ədaləti də olmayacaq və 1,5 dərəcə hədəfinə çatmaq mümkün deyil.
“Sizinxeber.az” xəbər verir ki, bunu COP29-un Mavi zonasında kənd təsərrüfatı məhsulları istehsalçılarının keçirdiyi aksiyanın iştirakçıları bəyan ediblər.
Onlar iri aqrar biznes tərəfindən qida məhsullarının istehsalında təklif olunan yanlış və səhv həllərə qarşı çıxış ediblər.
"Qlobal Şimal inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı sisteminin dağıdılmasının əvəzini verməlidir ", "GMO-ya yox, Sənaye fermalarına yox, Pestisidlərə yox" - plakatlarda yazılıb.
Aksiya iştirakçıları iri korporasiyaları həddindən artıq mənfəət əldə etmək üçün ənənəvi kənd təsərrüfatı istehsalını məhv etməkdə günahlandırıblar.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
FAO: Kənd təsərrüfatı olmadan karbon qazının təsirlərinin azaldılması hədəfinə çatmaq mümkün olmayacaq
Nazir: "COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq"
Azərbaycan və Belarus son 5 ildə aqrar məhsulların ticarətini 70 %-dən çox artırıb
Nazir: "Bakı Harmoniya İqlim Təşəbbüsü kənd təsərrüfatı, qida və su təşəbbüslərini birləşdirəcək"
Nazir müavini: "Bakı Harmoniya İqlim Təşəbbüsü qlobal əməkdaşlığa təkan verir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













