Niderlandlı nazir: Birgə iqlim fəaliyyətlərinə mümkün töhfələri verməyə hazırıq
sizinxeber.az xəbər saytı

Niderlandlı nazir: Birgə iqlim fəaliyyətlərinə mümkün töhfələri verməyə hazırıq


Niderland şirin su qıtlığı probleminin həlli istiqamətində səylərini davam etdirir. Bu da iqlim dəyişikliyinin nəticələrindən biridir.

“Report” xəbər verir ki, bunu Niderlandın Baş nazirinin müavini və iqlim siyasəti naziri Sofi Hermans COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

Onun sözlərinə görə, iqlim böhranı ilə mübarizə üçün ölkələr səylərini birləşdirməlidir: “Niderland birgə iqlim fəaliyyətlərinə öz mümkün töhfəsini verməyə hazırdır. Ölkə daxilində və xaricində iqlim layihələrinə investisiya yatırırıq”.

S.Hermans vurğulayıb ki, Niderland hazırda ildə 1,8 milyard avro dövlət və özəl iqlim maliyyəsi ayırır: "Dövlət iqlim maliyyəsinin 60 %-i uyğunlaşma tədbirlərinə yönəldilir. Biz, həmçinin COP26-da qalıq yanacaq subsidiyalarının mərhələli ləğvi ilə bağlı verilən vədin yerinə yetirilməsi üzrə beynəlxalq koalisiyaya rəhbərlik edirik. Hər kəsi bizə qoşulmağa, şəffaflığın artırılması və milli tədbirlərin görülməsi istiqamətində növbəti addımı atmağa çağırıram".

Oxşar xəbərlər

Fransanın energetika naziri: Praqmatik iqlim maliyyəsi yaratmağa ümid edirik
UNESCO: Biz iqlim və mədəniyyət mövzusunda öz töhfəmizi verməyə hazırıq
Nepal XİN-in katibi: İqlim böhranı ilə mübarizədə birgə səylərə çağırırıq
Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru: İqlim böhranı ilə mübarizədə dəstəyə ehtiyacımız var
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər