UNESCO: Biz iqlim və mədəniyyət mövzusunda öz töhfəmizi verməyə hazırıq
UNESCO iqlim və mədəniyyət mövzusunda öz töhfəsini verməyə hazırdır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Ernesto Renato Ottone Ramirezin Bakıda COP29 çərçivəsində Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin ikinci yüksək səviyyəli görüşündə səsləndirilən çıxışında qeyd olunub.
Bildirilib ki, mədəni irsin qorunmasında iqlim dəyişikliyinin də təsiri var:
“İqlim dəyişikliyi dənizdəki abidələrin 70 faizinə təsir edir. Bu gedişlə 2100-cü ilə qədər buzlaqların 60 faizi yox ola bilər. Təbii resursların da itirilməsi təhlükə altındadır. Biz bilirik ki, insanlar mədəniyyətdən ibarətdir. Ona görə də iqlim dəyişikliyinin mədəniyyətə təsirini araşdırırıq”.
UNESCO rəsmisi vurğulayıb ki, iqlim dayanıqlılığı iqlim dəyişikliyi ilə bir-birinə bağlı olduğundan 2030-cu ildə lazımi səviyyəyə çatmaq üçün mədəniyyətin qorunması da iqlim gündəliyinə əlavə edilməlidir:
“Mədəniyyət gündəliyin əsas məsələlərindən biri olmalıdır. Bilik sistemini də unutmaq olmaz. COP28-də müəyyən uğurlar əldə edilib. Bu istiqamətdə işləri davam etdirməyə qətiyyətliyik. UNESCO iqlim və mədəniyyət mövzusunda töhfə verməyə hazırdır. Bu konteksdə beynəlxalq səviyyədə addımlar atılmalıdır”.
Oxşar xəbərlər
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
UNESCO Baş Qərargahında COP29 çərçivəsində Azərbaycanda keçiriləcək mədəniyyət tədbirlərinin təqdimatı olub
UNICEF rəsmisi: İqlim dəyişikliyinin uşaqlara təsiri böyükdür
Adil Kərimli: Davranış mədəniyyətinin formalaşması iqlim məqsədlərinə nail olmağa kömək edir
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












