Azərbaycan kiçik modul reaktorların tikintisində maraqlıdır
Azərbaycan kiçik modul reaktorların tikintisində maraqlıdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Nicat Əliyev COP29 çərçivəsində təşkil edilən panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, elektrik enerjisi istehsalı üçün nüvə enerjisindən istifadə istixana qazı emissiyalarını azaltmağa kömək edən və iqlim dəyişikliyi probleminin həllində mühüm rol oynayan təmiz və etibarlı mənbədir.
"Belə reaktorların istismarı karbon emissiyalarının sıfıra endirilməsinə və iqlim dəyişikliyinin təsirlərinin əhəmiyyətli dərəcədə yumşaldılmasına kömək edəcək", - o deyib.
Agentliyin rəhbəri qeyd edib ki, kiçik modul reaktorların tikintisi və istismarı məkan, vaxt, maliyyə, insan resursları, tullantıların utilizasiyası, həmçinin müvafiq qanunvericilik və normativ aktların qəbulu da nəzərə alınmaqla diqqətli planlaşdırma tələb edir.
"Tənzimləyici orqan kimi bunun bütün məsuliyyətini dərk edirik və gələcəkdə tənzimləmənin bütün mərhələlərində müvafiq milli qurumlar və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq etmək niyyətindəyik", - o vurğulayıb.
Oxşar xəbərlər
Ruanda nüvə reaktorlarının tikintisi ilə bağlı ABŞ ilə müqavilə bağlayıb
Nazir: “Azərbaycan istixana qazını azaldacaq meqa layihələr həyata keçirir”
IAEA-nın direktoru: "Azərbaycan enerji həlləri sırasına nüvəni də əlavə etməyi düşünür"
Qırğızıstanlı nazir: "Azərbaycanın "yaşıl enerji" təşəbbüslərini dəstəkləməyə hazırıq"
Bayraktar: “Akkuyu” AES-in istismarına 2025-ci ildən başlana bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












