Bayraktar: “Akkuyu” AES-in istismarına 2025-ci ildən başlana bilər
Türkiyə artıq 2025-ci ildə “Akkuyu” atom elektrik stansiyasından (AES) elektrik enerjisi almağa başlayacağına ümid edir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İstanbulda Atlantik Şurasının təşkil etdiyi energetika konfransında çıxış edən Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
“Hazırda ilk nüvə reaktorlarımızın tikintisi davam edir. Mersində “Akkuyu” AES-in 4 nüvə reaktoru eyni vaxtda tikilir. Mersindəki nüvə tikinti sahəsi dünyanda AES tikintisi üzrə ən böyük sahədir. Birinci reactor üzrə irəliləyiş artıq 90 %-i keçib. Ümid edirəm ki, artıq 2025-ci ildə orada ilk elektrik enerjisini istehsal etməyə başlayacağıq. 2028-ci ilə qədər qalan üç reaktorun da istifadəyə verilməsi ilə Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini təkcə bu AES ilə ödəyəcəyik”, - nazir deyib.
Bayraktar vurğulayıb ki, “Akkuyu” AES Türkiyənin enerji strategiyasının inkişafı kontekstində hədəf aldığı tək nüvə layihəsi deyil.
“Biz 2050-ci ilə qədər nüvə enerjisi müəssisələrinin ümumi gücünü 20 min meqavata çatdırmağa çalışırıq. Bu, uzunmüddətli hədəfdir. Təbii ki, söhbət təkcə daha ikisi Sinop və Trakyada tikiləcək ənənəvi AES-lərdən getmir, eyni zamanda kiçik modul reaktorları haqqında da planlarımız var”, - o qeyd edib.
Oxşar xəbərlər
“Akkuyu” AES-in ilk enerji bloku 2025-ci ildə işə salına bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə “Akkuyu AES”in ilk enerji blokunu tez işə salmağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın Türkiyədəki səfiri: Qərbin sanksiyalarına baxmayaraq “Akkuyu” AES layihəsi həyata keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə ilk AES-in enerji bloklarının işə salınma tarixləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Türkiyə nüvə enerjisi tədarük etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












