Ukrayna təhsil və elm nazirinin müavini: Ölkədə 3 milyon hektar meşə məhv edilib, hər yeddi məktəbdən biri dağılıb
sizinxeber.az xəbər saytı

Ukrayna təhsil və elm nazirinin müavini: Ölkədə 3 milyon hektar meşə məhv edilib, hər yeddi məktəbdən biri dağılıb


Ukraynada təhsil sahəsi terrorizimin əsas qurbanıdır.

Sizinxeber.az xəbər verir ki, bu barədə COP29-da Təhsilin yaşıl inkişafı və iqlim savadlılığı metrikasının təkmilləşdirilməsi üzrə nazirlər dəyirmi masası - Təhsilin Yaşıl İnkişafı Tərəfdaşlığının 2-ci illik toplantısında Ukraynanın eml və təhsil nazirinin birinci müavini Yevhen Kudriavets deyib.

Nümayəndə qeyd edib ki, ölkəsində müharibə dövründə 6500-dən çox ekoloji cinayət baş verib, nüvə terrorizmi, enerji infrastrukturunun geniş şəkildə məhv edilməsi davam edir: "Rusiya cəmi 1000 günlük genişmiqyaslı işğalda buna səbəb oldu və hər gün baş verən cinayətlərlə bu böhran daha da şiddətlənir”.

Qeyd olunub ki, Ukraynada təxminən 3 milyon hektara yaxın meşə məhv edilib, hər yeddi məktəbdən biri zədələnib və ya dağılıb: “Təhsil zorakılıqdan əziyyət çəkir. Nə qədər uşaq onlayn, qarışıq rejimdə, yer altında təhsil alır. Bununla belə, bu problemlərin hər birinin öhdəsindən gəlməklə, qlobal yaşıl transformasiyaya öz töhfəmizi verməyə sadiqiq“.

O, həmçinin qeyd edib ki, Ukraynanı yenidən qurmaqdan, yaşıllıqları bərpa etməkdən başqa çarə yoxdur: “Biz bütün fənlərdə, ədəbiyyatda, riyaziyyatda, incəsənətdə və texnologiyada ekoloji maarifləndirməni təşviq edirik. İqlim dəyişikliyində təhsilin rolu mühümdür. Bu gün yetişdirdiyimiz nəsil sabahın dünyasını formalaşdıracaq”.

Oxşar xəbərlər

Nazir müavini: Planetimizin gələcəyi həm də biomüxtəlifliyin qorunmasından asılıdır
Nazir: STEAM tələbələrə yaşıl enerji ilə bağlı yeni layihələr üzərində işləməyə imkan verir
Dövlət Agentliyi məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib
Həsən Həsənli "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" tədbirində çıxış edib
Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər