COP29-da müyəssərlik nümunəsi - FOTOREPORTAJ
sizinxeber.az xəbər saytı

COP29-da müyəssərlik nümunəsi - FOTOREPORTAJ


Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında müxtəlif kateqoriyalarda əlilliyi olan insanların hamısının bərabər şəkildə iştirak etmələri üçün şərait yaradılıb.

"Sizinxeber.az" xəbər verir ki, tədbir məkanında (Mavi və Yaşıl Zonalar) təkərli oturacaq istifadəçilərinin maneəsiz hərəkətini təmin etmək məqsədilə keçidlərdə, giriş və çıxışlarda beynəlxalq standartlara uyğun ramplar (pandus) və liftlər quraşdırılıb. Həmin şəxslərin məkana gəlişi üçün avtobuslar xüsusi avadanlıqlarla təchiz olunub, sanitar qovşaqlar hazır vəziyyətə gətirilərək istifadəyə verilib.

Bundan başqa, konfrans və mətbuat konfransı otaqlarında sözügedən şəxslərin iştirakı üçün şərait yaradılıb.

Tədbir məkanında təkərli oturacaq istifadəçilərinin rahat istifadəsi üçün beynəlxalq standartlara uyğun sanitar qovşaqlar quraşdırılıb. Yemək və qidalanma xidməti məkanında təkərli oturacaq istifadəçiləri üçün xüsusi ölçülərdə masalar mövcuddur.

Eyni zamanda Media Mərkəzində çalışmaları üçün xüsusi masalar təşkil olunub.

Oxşar xəbərlər

COP29-da müxtəlif kateqoriyalarda əlilliyi olan insanlar da bərabər şəraitdə iştirak edəcəklər
Əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib
Bakı Olimpiya Stadionu UNFCCC-yə təhvil verilib - RƏSMİ
Bu ilin 7 ayında əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib
COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər