COP29-da müxtəlif kateqoriyalarda əlilliyi olan insanlar da bərabər şəraitdə iştirak edəcəklər
COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.
"Report" xəbər verir ki, bunu COP29 Müyəssərlik Departamentinin eksperti Kamal Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, COP29 yeni bir model kimi ictimaiyyətə təqdim ediləcək:
"Əvvəllər eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün nəzərə alınmayan bir çox məsələlər üzərində işlər görülür. Məsələn, müəyyən zallarda su dispenserlərinin olması, görmə məhdudiyyəti olan insanlar üçün daktil xəritələrin və brayl əlifbası ilə yazılmış bukletlərin paylanılması kimi sosial xidmətlər əlavə olunub".
Ekspert qeyd edib ki, xüsusi xidmətlərlə təkərli oturacaq istifadəçiləri üçün təmir servisləri də yaradılıb.
K.Məmmədov əlavə edib ki, COP29 tədbirində müxtəlif kateqoriyalarda əlilliyi olan insanların hamısının bərabər şəraitdə iştirak etmələri üçün hər şey nəzərə alınıb:
“Bu sahələr üzrə bütün işlər artıq yekunlaşmaq üzrədir. Əl işarə dili ilə tərcümə xidmətlərinin təşkil olunması da vacib yeniliklərdəndir. İşin ən vacib məqamlarından biri isə müyəssərlik sektorunda çalışan insanların əlilliyi olan şəxslər olmasıdır. Xidmət sahələrinə də məhz əlilliyi olan insanlar cəlb olunub".
Oxşar xəbərlər
İndiyə qədər COP29-u işıqlandırmaq üçün 2 min 700 media nümayəndəsi qeydiyyatdan keçib
Elnur Soltanov: COP29 zamanı şəhər sakinlərinə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq
Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilir
Əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib
Bu ilin 7 ayında əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













