Milli QHT Forumu Pavilyonunda bərpa olunan enerji mənbələrinin tətbiqinə dair seminar keçirilib
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” adlı layihə çərçivəsində bərpa olunan enerji mənbələrinin tətbiqinə dair interaktiv seminar keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, COP29 Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda baş tutub.
Serbiyanın Davamlı İnkişaf Assosiasiyasının direktoru Borivoje Matiç tərəfindən keçirilən seminarın əsas məqsədi, kənd təsərrüfatı, sənaye sekotrunda sahibkarlar və mütəxəssislər bərpa olunan enerji mənbələrinin istifadəsini təşviq etməklə iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməkdir.
Tədbirin əvvəlində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında bildirib ki, layihə enerji istehlakı və karbon emissiyaları, kənd təsərrüfatında və sənaye sektorunda qadın və kişi sahibkarlar üçün çətinliklər, gənclərin iqlim dəyişikliyinə reaksiyası, təşviq edilməmiş bərpa olunan enerji mənbələri olmaqla 4 fəaliyyət istiqamətindən ibarətdir.
Daha sonra hindistanlı ekspert Racani Çandra Dmello enerji mənbələrinin tətbiqinin səhiyyə sektoruna olan müsbət dəyişiklikləri barədə çıxış edib.
Sonda isə silsilə tədbirin bir neçə gün davam edəcəyi qeyd olunub.
Oxşar xəbərlər
İrlandiyalı nazir: "Azərbaycan bərpa olunan olunan enerjinin ixracını balanslaşdıra bilir"
IRENA: Dünya ölkələri 2035-ci ilə qədər karbon emissiyalarını 65 % azaltmalıdır
Cennifer Li Morqan: "Bərpa olunan enerji ilə bağlı Bakıda daha konkret mesajlar verilməlidir"
Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın qalibi COP29-da elan ediləcək - EKSKLÜZİV
Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













